31 yanvar 2024, 14:33

Yulduz Rəhimovdan, Toronto, Kanada

Hörmətli cənab Prezident.

Biz, Kanadada yaşayan Azərbaycan diasporu olaraq, böyük fəxr hissi ilə bildirmək istəyirik ki, ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi qətiyyətlə dəstəkləyirik.

Yüksək liderlik keyfiyyətləriniz, dövlət və xalq qarşısında misilsiz xidmətləriniz sayəsində ilk dəfə olaraq prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcəkdir. Bütün bunlar Sizin xalqımızın birlik, güc rəmzinə çevrilən “dəmir yumruğunuz” sayəsində mümkün oldu.

Cənab Prezident, ölkəmizə rəhbərlik etdiyiniz dövrdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində bütün sahələrdə tərəqqi, inkişaf hiss olunur. Bu gün xaricdə yaşayan bir azərbaycanlı kimi ölkəmizin uğurlarını görmək məni qürurlandırır.

Kanadada yaşayan Azərbaycan diasporu qarşıdan gələn növbədənkənar prezident seçkilərində birmənalı olaraq Sizin qələbənizi arzulayır və dəstəkləyir.

Hörmətlə,

Rəhimov Yulduz, York Universitetinin professoru.

Kanada, Toronto şəhəri.