08 fevral 2024, 10:00
Fərid Eldənizlidən, Bərdə, Azərbaycan
Əziz və dəyərli Mehriban xanım.
Mən bir gənc ailə başçısı olaraq Sizə yazmağı özümə borc bildim. Sizin gənclərə, xüsusilə gənc ailələrə olan diqqətinizi hər zaman hiss edirik. Sizin qayğınız, diqqətiniz olmasaydı, mən bu gün layiqli ailə başçısı ola bilməzdim. Çox sağ olun ki, daim gənclərin həyatında unudulmaz rol oynayırsınız.
Sizin və cənab Prezidentimizin sayəsində Azərbaycan gəncliyi bu gün özünün tərəqqi dövrünü yaşayır.
Ailəm adından Sizə təşəkkürümü bildirirəm. Tanrı Sizi qorusun.
Hörmətlə,
Eldənizli Fərid İlhami oğlu.
Azərbaycan Respublikası, Bərdə şəhəri.