18:00
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
08 fevral 2024, 20:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan zamanla ayaqlaşan, iqtisadi və sosial həyatda sürətli artım nümayiş etdirən ölkədir. Bu isə, öz növbəsində, əsas etibarilə uzun illər ərzində xalq tərəfindən geniş şəkildə dəstəklənən və rəğbətlə qarşılanan uzaqgörən dövlət siyasətinizin nəticəsidir. Bunu keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir.
Biz Sizin Türkmənistana səmimi dostluq münasibətinizi yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan əməkdaşlığı iki ölkə xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə bütün məqsədlərə nail olmağı, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzu edirəm.
Dərin hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmən xalqının Milli Lideri, Türkmənistan
Xalq Məsləhətinin sədri
18:00
16:52

16:11

15:31

15:07

14:20

13:30

12:28
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...
13 mart 2025, 12:2812:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
13 mart 2025, 12:2611:30
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında...
13 mart 2025, 11:3010:10
18:00
