Xəyal İsmayılovdan, Koqalım şəhəri, Rusiya
Hörmətli cənab Prezident.
Xantı-Mansiysk muxtar dairəsi Yuqrada yaşayan azərbaycanlıların adından Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi ürəkdən təbrik etdiyimə görə böyük sevinc hissi keçirirəm.
Azərbaycanın suverenliyinin bərpasından sonra ilk dəfə Qarabağ iqtisadi rayonu da daxil olmaqla ölkənin bütün bölgələrində keçirilən seçkilərdə inamlı qələbəniz, şübhəsiz ki, xalqın Sizin müdrik rəhbərliyinizlə əldə edilmiş uğurları davam etdirmək niyyətinin əyani təsdiqidir.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, Azərbaycan və Rusiya Federasiyası xalqları üçün rifah və firavanlığın yeni üfüqlərinin açılmasının vacibliyini vurğulamaq istərdim.
Siz Azərbaycanın inkişafına, xalqın rifahına yönəlmiş balanslaşdırılmış siyasət aparan müdrik dövlət başçısı, əsl vətənpərvərsiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Sizin yorulmaz zəhmətiniz və xalqın inamı vətəndaşların güzəranının daha da firavan olması üçün həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə uğurlarınızı daha da artıracaqdır.
Sizə və əzizlərinizə möhkəm cansağlığı, səadət və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Dərin hörmət və ehtiramla,
İsmayılov Xəyal,
Xantı-Mansiysk muxtar dairəsi Yuqrada fəaliyyət göstərən Azərbaycan xalqının “Dostluq” ictimai milli-mədəni təşkilatının sədri.
Rusiya Federasiyası, Koqalım şəhəri.