19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.
Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir.
İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik.
Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.
Bu məramla, mən Zati-alinizə rifah, dost Azərbaycan xalqına firavan gələcək üçün ən xoş arzularımı yenidən çatdırıram.
Hörmətlə,
Sercio Mattarella
İtaliya Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.
Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və...
11 aprel 2025, 17:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan...
10 aprel 2025, 18:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Zati-alinizə ən xoş arzularımı bildirirəm.
Bayramınız...
10 aprel 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh,...
10 aprel 2025, 17:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş...
10 aprel 2025, 15:23