18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezidentim.
Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.
Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə inanıram.
Ümummilli Lider Heydər Əliyevdən miras qalan “Bir millət, iki dövlət” düşüncəsi cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daha da güclənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin ən böyük təminatı olub.
Əzəli və əbədi qardaşlıq əlaqələrimizi gələcək nəsillərə ötürməyin ən mühüm ortaq məsuliyyətimiz olduğu düşüncəsi ilə Türkiyə həm sevincli, həm də kədərli günlərdə bütün imkanları ilə daim can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcəkdir.
Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyi adından bir daha təbrik edir, başda şəxsiniz olmaqla dost və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Yaşar Gülər
Türkiyə Respublikasının milli müdafiə naziri
PDF yükləyin
12 mart 2025, 12:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...
12 mart 2025, 12:49PDF yükləyin
12 mart 2025, 12:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...
12 mart 2025, 12:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...
11 mart 2025, 16:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...
11 mart 2025, 16:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...
11 mart 2025, 16:14Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...
11 mart 2025, 16:12