Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

12 oktyabr 2012, 12:00
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüş iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli İslam Əbdülqəniyeviç!

Hörmətli qonaqlar!

İcazə verin, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz. Bu gün Sizinlə qarşılıqlı maraq doğuran, regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə düşür.

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə yeni imkanlar açılması baxımından yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək dedi:

- Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha fəal olacaqdır. Özbəkistan bizim üçün dost və qardaş dövlətdir. Münasibətlərimizin dostluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı dəstək əsasında daha da möhkəmlənməsi bizi çox sevindirir. Bu dəstək beynəlxalq strukturlarda ölkələrimizlə bağlı bütün məsələlər barəsində bir-birimizi dəstəkləyəndə də hiss olunur.

Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri bizim milli maraqlarımızı daha tam qorumağa, habelə dünya siyasətinin bir sıra məsələlərinə dair həmrəy mövqedən çıxış etməyə imkan verir.

Həm BMT-də, həm İslam Əməkdaşlıq Təşkilatında, başqa strukturlarda Azərbaycanı dəstəklədiyinə görə biz Özbəkistana çox təşəkkür edirik. Biz də öz tərəfimizdən Sizin irəli sürdüyünüz bütün məsələlərdə və təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik.
Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın mövcud potensialından səmərəli istifadə etməyin vacibliyini də vurğulayaraq bildirdi:

- Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini ətraflı müzakirə edəcəyik. Mənim fikrimcə, bu sahədə görüləsi işlər hələ çoxdur. Düzdür, biz irəliləyirik, lakin güman edirəm ki, qarşılıqlı əmtəə dövriyyəsi qat-qat çox ola bilər. Əlbəttə, Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilmiş iclası, zənnimcə, bu sahədə prioritetləri və münasibətlərin gələcək inkişaf yollarını müəyyən etmişdir. Yəqin ki, gələcəkdə gözlənilən konkret layihələr və təşəbbüslər barədə bu gün bizə məruzə edəcəklər.

Sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Azərbaycanda Sizi çox sevir, hörmət edirlər. Siz bizim əziz qonağımızsınız. Xoş gəlmisiniz!

X X X

Özbəkistan Respublikasının Prezidenti İslam KƏRİMOV 

Azərbaycana yenidən gəlişindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluq duyduğunu bildirərək dedi:

- Ümumiyyətlə təkcə bizim regionda deyil, onun hüdudlarından uzaqda da geosiyasət o qədər tez-tez dəyişir ki, bizim görüşməyimiz zərurətə çevrilir. Özü də bunun üçün hər hansı böyük sənədlər imzalanması vacib deyildir, sadəcə bizim cavab tapmalı olduğumuz mürəkkəb məsələlər barədə fikir mübadiləsi aparmalıyıq.

Prezident İslam Kərimov bildirdi ki, Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və xalqlarımız arasında oxşar cəhətlərin çoxluğu ölkələrimizi daha da yaxınlaşdıran amillərdir.

Özbəkistan dövlətinin başçısı dedi:

- Azərbaycan Özbəkistan üçün strateji tərəfdaşdır. Azərbaycan bizə həmişə, ilk növbədə ümumi mənafelərimiz naminə yaxın olmuşdur. Təkcə bugünkü maraqlar baxımından deyil, həm də tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat, mentalitet baxımından yaxınlığı ilə əlaqədar mürəkkəb məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox vacibdir ki, aramızda heç vaxt ziddiyyət, anlaşılmazlıq olmamışdır.

Artıq uzun illərdir ki, mən Özbəkistana rəhbərlik edirəm. Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından müzakirə edərkən anlaşılmazlıq və ya ciddi ziddiyyət yaransın. Məgər bu, bizim münasibətlərimizin həmişə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək əsasında qurulmasına dəlalət etmirmi?! Ümid edirəm ki, bundan sonra da belə olacaqdır.

SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:35
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...

07 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                             

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58