Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

15 fevral 2024, 13:27

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961; 2018, № 3, maddə 406, № 5, maddə 848; 2019, № 2, maddə 186; 2020, № 7, maddə 839; 2021, № 8, maddə 903) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:

1.1. 2.1.7-ci maddəyə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;

1.2. 2.1.8-ci maddəyə “idman” sözündən sonra “, gəzinti” sözü əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 2.5-1-ci maddə əlavə edilsin:

“2.5-1. Dəniz əməliyyatları bazası – dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dövlət nəzarətinin təmin edilməsi, gəmilərin dayanması, onlara xidmət göstərilməsi, habelə dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı üçün nəzərdə tutulmuş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada reyestri aparılan qurğular kompleksi.”;

1.4. 2.8-ci maddəyə “limanları” sözündən sonra “və dəniz əməliyyatları bazaları” sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 2.11-ci və 2.12-ci maddələr əlavə edilsin:

“2.11. Dənizçi – gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs.

2.12. Beynəlxalq Dəniz Təşkilatı nömrəsi – gəmiyə və dənizçilik şirkətinə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən identifikasiya nömrəsi.”.

2. 4.1–4.3-cü, 4.4-cü (ikinci halda), 9.2-ci, 12.1-ci, 15.3-cü, 27.1-ci, 27.2-ci maddələrdə, 36.2-ci maddənin birinci cümləsində, 45-ci maddənin ikinci cümləsində, 47.2-ci, 67.1–67.3-cü, 68-ci, 69.1–69.3-cü maddələrdə, 89-cu maddənin birinci və ikinci cümlələrində, 142.2-ci, 182.1-ci maddələrdə, 182.2-ci maddənin birinci və ikinci cümlələrində və 275.3-cü maddədə ismin müvafiq hallarında “orqanı” sözü ismin müvafiq hallarında “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, 4.4-cü maddədə (birinci halda) “yaratdığı quruma” sözləri “müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

3. 5-ci maddə üzrə:

3.1. 5.1-ci maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3.2. 5.2-ci maddə üzrə:

3.2.1. birinci abzasda “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3.2.2. 5.2.5-ci maddəyə “limanlarında” sözündən sonra “, habelə dəniz əməliyyatları bazalarında” sözləri əlavə edilsin;

3.2.3. 5.2.7-ci maddəyə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin.

4. 5-1-ci maddə ləğv edilsin.

5. 6-1-ci maddə üzrə:

5.1. 6-1.1.4-cü maddədə “heyətin” sözü “minimum heyət” sözləri ilə əvəz edilsin;

5.2. 6-1.1.5-ci maddədə “çirklənmənin qarşısının alınması” sözləri “çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı” sözləri ilə əvəz edilsin;

5.3. 6-1.1.11-ci maddədən “işçi” sözü çıxarılsın;

5.4. 6-1.1.12-ci maddədə “hazırlıq kursları sertifikatlarının” sözləri “xüsusi hazırlıq şəhadətnamələrinin” sözləri ilə əvəz edilsin;

5.5. 6-1.1.13-cü maddədə “Qeyd Kitabçasının” sözləri “qeyd kitabçasının” sözləri ilə əvəz edilsin;

5.6. 6-1.1.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6-1.1.23-cü və 6-1.1.24-cü maddələr əlavə edilsin:

“6-1.1.23. Gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsi;

6-1.1.24. Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi.”.

6. 8.2-ci maddə üzrə:

6.1. birinci abzasda “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

6.2. 8.2.3-cü və 8.2.4-cü maddələrdə “gəmi mülkiyyətçisinin dövlətinin” sözləri “gəminin gəmi reyestrində qeydiyyata alındığı xarici dövlətin” sözləri ilə əvəz edilsin.

7. 13.1-ci maddəyə “reyestrində” sözündən sonra “, berbout-çarter reyestrində” sözləri əlavə edilsin.

8. 14-cü maddə üzrə:

8.1. adına “siqnalı” sözündən sonra “və Beynəlxalq Dəniz Təşkilatı nömrəsi” sözləri əlavə edilsin;

8.2. aşağıdakı məzmunda 14.3-cü maddə əlavə edilsin:

“14.3. Gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi olmalıdır.”.

9. 16-cı maddə üzrə:

9.1. 16.2-ci maddədə “sərnişin, yük-sərnişin, maye yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş mühərriklərinin gücü 55 kVt-dan az olmayan digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən idman və gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan özühərəkətetməyən” sözləri “kiçikhəcmli gəmilər istisna olmaqla, digər” sözləri ilə əvəz edilsin;

9.2. 16.3-cü maddədə “Tutumuna və baş mühərrikinin gücünə görə bu Məcəllənin 16.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi” sözləri “Bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulan gəmilər istisna olmaqla, digər” sözləri ilə əvəz edilsin və həmin maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

9.3. aşağıdakı məzmunda 16.4-cü maddə əlavə edilsin:

“16.4. Gəminin konstruksiyasında dəyişikliklər və gəmidə aparılan modifikasiya ilə bağlı layihələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra həyata keçirilir.”.

10. 17-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilər quruluş tipindən və təchizatından asılı olaraq təsnifatlandırılırlar və onlara müvafiq təsnifat şəhadətnamələri verilir.”.

11. 18-ci maddə üzrə:

11.1. 18.1.4-cü maddədə “şəhadətnaməsi (sərnişin gəmisi üçün)” sözləri “gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsi” sözləri ilə əvəz edilsin;

11.2. 18.1.6-cı və 18.4-cü maddələrdə “çeşidi” sözü “nişanı” sözü ilə əvəz edilsin;

11.3. 18.1.7-ci maddədə “gəmi heyətinin” sözləri “minimum heyət” sözləri ilə əvəz edilsin;

11.4. 18.1.8-ci maddədə “çirkləndirmənin qarşısının alınması” sözləri “çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı” sözləri ilə əvəz edilsin;

11.5. 18.1.10-cu maddə ləğv edilsin.

12. 20-ci maddədə “İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən gəmilərdə və tutumu 80 tondan az olan özühərəkətetməyən” sözləri “Kiçikhəcmli” sözü ilə və “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

13. 22-ci maddə üzrə:

13.1. adına “orqanlar” sözündən sonra “və həmin sənədlərin müddətləri” sözləri əlavə edilsin;

13.2. 22.2-ci maddə üzrə:

13.2.1. birinci cümləyə “sərnişin” sözündən sonra “gəmisinin təhlükəsizlik üzrə” sözləri əlavə edilsin və həmin cümlədə “çeşidi” sözü “nişanı” sözü ilə, “zibil ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni və digər əlavə” sözləri “Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun” sözləri ilə əvəz edilsin;

13.2.2. ikinci cümlədə “çeşidi” sözü “nişanı” sözü ilə əvəz edilsin;

13.3. 22.6-cı maddədə (hər iki halda) “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

13.4. aşağıdakı məzmunda 22.7-ci və 22.8-ci maddələr əlavə edilsin:

“22.7. Bu Məcəllənin 6-1.1.3–6-1.1.5-ci, 6-1.1.7–6-1.1.10-cu, 6-1.1.21–6-1.1.24-cü maddələrində nəzərdə tutulan sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı müddətlərə verilir:

22.7.1. bu Məcəllənin 6-1.1.3-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamə və 6-1.1.23-cü maddəsində nəzərdə tutulmuş sənəd müddətsiz;

22.7.2. bu Məcəllənin 6-1.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamə Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış gəmiyə beş il müddətinə, berbout-çarter reyestrində qeydiyyata alınmış gəmiyə bir il müddətinə;

22.7.3. bu Məcəllənin 6-1.1.5-ci və 6-1.1.21-ci maddələrində nəzərdə tutulan sənədlər məsuliyyətin sığorta və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatının müddətinə;

22.7.4. bu Məcəllənin 6-1.1.7–6-1.1.10-cu maddələrində nəzərdə tutulan şəhadətnamələr və 6-1.1.22-ci maddəsində nəzərdə tutulmuş sertifikat beş il müddətinə;

22.7.5. bu Məcəllənin 6-1.1.24-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamə bir il müddətinə.

22.8. Gəmi sahibinin və ya təsnifat cəmiyyətinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təsnifat cəmiyyəti tərəfindən bu Məcəllənin 18.1-ci və 19-cu maddələrində qeyd edilmiş sənədlərdən əlavə olaraq Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun digər gəmi sənədləri də verilir.”.

14. 23-cü maddəyə “limanlarına” sözündən sonra “və ya dəniz əməliyyatları bazalarına” sözləri əlavə edilsin.

15. 25-ci maddə üzrə:

15.1. 25.1-ci maddədə “18.1.19-cu” sözləri “18.1.18-ci” sözləri ilə əvəz edilsin;

15.2. 25.2-ci maddənin birinci cümləsində “gəmidə iki” sözləri “gəminin adının və ya gəmi sahibinin dəyişməsindən asılı olmayaraq gəmidə üç” sözləri ilə əvəz edilsin.

16. 26-cı maddə üzrə:

16.1. 26.2-ci və 26.6-cı maddələrə “reyestrində” sözündən sonra “, berbout-çarter reyestrində” sözləri əlavə edilsin;

16.2. 26.5-ci maddədə (hər iki halda) “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

17. 28.4-cü maddə ləğv edilsin.

18. 29.2-ci maddəyə “hakimiyyəti” sözündən sonra “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri əlavə edilsin.

19. 30-cu maddə üzrə:

19.1. 30.2.3-cü maddədə “gəmiyə beynəlxalq dəniz təşkilatı tərəfindən verilmiş identifikasiya” sözləri “gəminin Beynəlxalq Dəniz Təşkilatı” sözləri ilə əvəz edilsin;

19.2. 30.3.1-ci maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

20. 32-ci maddənin mətninə “mülkiyyətçisi” sözündən sonra “, gəmi sahibi” sözləri əlavə edilsin.

21. 33-cü maddənin mətnində (birinci halda) “gündən bir ay ərzində” sözləri “, gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlandığı, habelə” sözləri ilə əvəz edilsin.

22. 35-ci maddənin mətninə “reyestrinə” sözündən sonra “, berbout-çarter reyestrinə” sözləri əlavə edilsin.

23. 38-ci maddə üzrə:

23.1. adına “reyestrindən” sözündən sonra “, berbout-çarter reyestrindən” sözləri əlavə edilsin;

23.2. 38.1-ci maddə üzrə:

23.2.1. birinci abzasa “reyestrindən” sözündən sonra “, berbout-çarter reyestrindən” sözləri əlavə edilsin;

23.2.2. 38.1.2-ci maddədə “məhv olduqda” sözləri “istismara yararsız hala düşdükdə” sözləri ilə əvəz edilsin;

23.3. 38.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 38.1.5–38.1.7-ci maddələr əlavə edilsin:

“38.1.5. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəminin mülkiyyətçisinin və ya berbout-çarter reyestrində qeydiyyata alınmış gəminin fraxtedəninin ərizəsi (səbəbi göstərilməklə) əsasında;

38.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

38.1.7. gəmi çıxdaş edildikdə.”;

23.4. 38.3-cü maddədə “məhv olmuş” sözləri “istismara yararsız hala düşmüş” sözləri ilə əvəz edilsin.

24. 42.3-cü maddədə “gəminin komandir heyətinə aid edilməyən şəxslərdən” sözləri “gəmi kapitanı və gəminin komandir heyətinin digər üzvləri istisna olmaqla digər dənizçilərdən” sözləri ilə əvəz edilsin.

25. 43-cü maddə üzrə:

25.1. adında “heyətinin minimal tərkibi” sözləri “heyəti tərkibinin say həddi” sözləri ilə əvəz edilsin;

25.2. mətnində “heyətinin minimal tərkibi” sözləri “heyəti tərkibinin say həddi” sözləri ilə, “və təyinatından” sözləri “, təyinatından, gəmi heyətinin iş və istirahət vaxtlarının təmin edilməsindən” sözləri ilə və “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

26. 44-cü maddə üzrə:

26.1. 44.1-ci maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “şəxslər” sözü “dənizçilər” sözü ilə əvəz edilsin;

26.2. 44.2-ci maddəyə “vəziyyətinə,” sözündən sonra “təhsilinə və” sözləri əlavə edilsin və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

26.3. 44.3-cü maddədə “Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) belə sertifikatların (diplomların)” sözləri “Gəmi kapitanının və gəminin komandir heyətinin digər üzvlərinin sertifikatları (diplomları) onların” sözləri ilə və “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

26.4. 44.4-cü maddəyə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin və həmin maddədə “aldatmanın” sözü “saxtakarlığın” sözü ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

26.5. 44.5-ci maddədə “təsdiqlənmiş sertifikatın (diplomun)” sözləri “Gəmi kapitanının və gəminin komandir heyətinin digər üzvlərinin sertifikatlarının (diplomlarının)” sözləri ilə əvəz edilsin.

27. 46-cı maddənin mətnində (hər iki halda), 60-cı maddənin adında və mətnində “böyük” sözü “baş” sözü ilə əvəz edilsin.

28. Aşağıdakı məzmunda 48.4-cü və 48.5-ci maddələr əlavə edilsin:

“48.4. Gəmi sahibi gəminin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan tələblərə uyğunluğunu təmin etməlidir.

48.5. Gəmi sahibi dənizdə gəmidə baş vermiş qəza barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.”.

29. 49-cu maddə üzrə:

29.1. 49-cu maddənin mətni 49.1-ci maddə hesab edilsin və həmin maddəyə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;

29.2. aşağıdakı məzmunda 49.2-ci və 49.3-cü maddələr əlavə edilsin:

“49.2. Gəmi kapitanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı göstərişlərini icra etməlidir.

49.3. Gəmi kapitanı dənizdə gəmidə baş vermiş qəza barədə dərhal gəmi sahibinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.”.

30. 61-ci maddə üzrə:

30.1. adında, 61.2-ci maddənin birinci cümləsində və 61.4-cü maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

30.2. 61.1-ci maddəyə “limanında” sözündən sonra “, habelə dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

30.3. aşağıdakı məzmunda 61.5-ci maddə əlavə edilsin:

“61.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz nəqliyyatı sahəsində göstərdiyi aşağıdakı xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir:

61.5.1. gəminin tikintisi, konstruksiyasında dəyişikliklər, dəniz limanının (o cümlədən yükaşırma terminalının, yanalma körpüsünün) və dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin, dəniz limanlarının (onun hidrotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

61.5.2. gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi;

61.5.3. dəniz limanının və ya dənizçilik şirkətinin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun, limanın, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının, aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi;

61.5.4. gəmiyə dəniz mobil identifikasiya və ya peyk rabitə stansiyası nömrələrinin verilməsi;

61.5.5. gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün beş dəfə ödənişsiz təşkil edilən imtahanlardan sonra təkrar imtahanlarda iştiraka buraxılma.”.

31. 62-ci maddə üzrə:

31.1. adında “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

31.2. 62.1-ci maddə üzrə:

31.2.1. birinci abzasda “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin və həmin abzasa “təhlükəsizliyinin” sözündən sonra “, ətraf mühitin mühafizəsinin” sözləri, “limanında” sözündən sonra “, habelə dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin;

31.2.2. 62.1.4-cü maddədə “dənizçi” sözü “dənizçinin qeyd” sözləri ilə əvəz edilsin;

31.2.3. 62.1.8-ci maddədə “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin və həmin maddəyə “dənizdə” sözündən sonra “gəmilərdə” sözü əlavə edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 62.1.9–62.1.12-ci maddələr əlavə edilsin:

“62.1.9. dəniz yollarını və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərini, habelə onların adlarını müəyyən etmək;

62.1.10. gəmilərin hərəkətinin və dayanmasının qadağan edildiyi rayonları müəyyən etmək, habelə liman akvatoriyasının müəyyən edilməsi üçün tədbirlər görmək;

62.1.11. limanlarda və dəniz nəqliyyatı obyektlərində gəmi tullantılarının qəbulu qurğularının adekvatlığını qiymətləndirmək;

62.1.12. gəmilərdə mühafizə tədbirlərinə əməl edilməsinə nəzarəti həyata keçirmək.”;

31.3. 62.2-ci maddə üzrə:

31.3.1. birinci abzasa “limanında” sözündən sonra “, habelə dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin;

31.3.2. 62.2.1-ci və 62.2.3-cü maddələrə “limana” sözündən sonra “və ya dəniz əməliyyatları bazasına” sözləri və “limandan” sözündən sonra “və ya dəniz əməliyyatları bazasından” sözləri əlavə edilsin.

32. 63-cü maddə üzrə:

32.1. 63.1-ci və 63.2-ci maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

32.2. 63.3-cü maddəyə “limanından” sözündən sonra “və ya dəniz əməliyyatları bazasından” sözləri əlavə edilsin və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

32.3. 63.4-cü maddəyə “limanlarına” sözündən sonra “və ya dəniz əməliyyatları bazalarına” sözləri, “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

33. 64-cü maddə üzrə:

33.1. adına “limanından” sözündən sonra “və ya dəniz əməliyyatları bazasından” sözləri əlavə edilsin;

33.2. 64.1-ci maddənin birinci cümləsində “limanından” (hər iki halda) sözündən sonra “və ya dəniz əməliyyatları bazasından” sözləri əlavə edilsin, həmin maddənin ikinci cümləsinə “limandan” sözündən sonra “və ya dəniz əməliyyatları bazasından” sözləri əlavə edilsin və həmin cümlədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

33.3. 64.1.2-ci maddəyə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;

33.4. 64.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 64.1.7-ci maddə əlavə edilsin:

“64.1.7. hidrometeoroloji və naviqasiya şəraitinin dəyişməsi gəminin limandan çıxmasına maneə törətdikdə.”.

34. 65-ci maddənin adına “limanında” sözündən sonra “, habelə dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin və həmin maddənin mətnində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

35. 66-cı maddənin mətninə “limanlarına” sözündən sonra “, dəniz əməliyyatları bazalarına” sözləri və (beşinci halda) “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin.

36. 70.2.1-ci maddənin birinci cümləsində, 83.3-cü (ikinci halda), 84.1.2-ci (ikinci halda) və 298.3-cü (ikinci halda) maddələrə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin.

37. 83.4-cü maddənin birinci cümləsində “dəniz limanı kapitanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə və ikinci cümləsində “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

38. 220.1.3-cü və 238-ci maddələrdə “tam konstruktiv məhvi” sözləri “konstruksiya cəhətdən istismara yararsız hala düşməsi” sözləri ilə əvəz edilsin.

39. 256-cı maddə üzrə:

39.1. 256.2.1-ci maddəyə “adı” sözündən sonra “, çağırış siqnalı” sözləri əlavə edilsin;

39.2. 256.2.2-ci və 256.2.4-cü maddələrdə “əsas fəaliyyət yeri” sözləri “ünvanı” sözü ilə əvəz edilsin;

39.3. 256.4-cü maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

40. 265-ci maddə üzrə:

40.1. 265.2.3-cü maddədə “beynəlxalq dəniz təşkilatının gəmiyə verdiyi identifikasiya” sözləri “gəminin Beynəlxalq Dəniz Təşkilatı” sözləri ilə əvəz edilsin;

40.2. 265.4-cü maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

41. 280.3-cü maddəyə “sərnişin” sözündən sonra “gəmisinin təhlükəsizlik üzrə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19