19 fevral 2024, 19:13

Əsmər Əliyevadan, Abşeron, Azərbaycan

Cənab Prezident!

Sizin sayənizdə respublikamız üçün yeni üfüqlər açılıb. Dövlətimizə uğurlu rəhbərliyiniz, “dəmir yumruğ"unuz, qəhrəman oğullarımızın qanı və canı hesabına ən böyük problemimiz həll olunub, torpaqlarımız düşməndən azad edilib. Yürütdüyünüz müstəqil siyasət nəticəsində bölgədə yeni mühit formalaşıb. Bundan sonra da sürətli inkişaf tempimizin davam etdirilməsi, Ordumuzun daha da güclənməsi üçün mühüm işlər görəcəyinizə əminik. Ona görə də xalqımız yenidən Sizə səs verərək bu siyasətin davam etdirilməsini istədi.

Sizi yenidən Prezident seçilməyiniz münasibəti ilə təbrik edir və qələbələrimizin, zəfərlərimizin, uğurlarımızın davamlı olmasını arzulayıram.

Hörmətlə,

Əliyeva Əsmər Tərlan qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.