19 fevral 2024, 18:37

Valeh Şükürovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Sizə və yaxınlarınıza uzun ömür, cansağlığı arzu edirəm.

Mən, 1979-cu ildə minlərlə azərbaycanlı kimi Ulu Öndərin şəxsi təşəbbüsü və uzaqgörən siyasəti sayəsində ölkənin ən böyük ali məktəblərinə müsabiqədənkənar qəbul yolu ilə təhsil almağa göndərilənlərdən biriyəm.

Cənab Prezident, Sizin uzaqgörən və müdrik siyasətiniz, düşünülmüş addımlarınız bizi Qalib xalq etdi. Siz ən xoşbəxt insanlardan birisiniz ki, əsrlərlə bəla olan Qarabağ məsələsini həll etdiniz və böyük uğurlar Sizin adınızla bağlıdır.

Bu gün dünyanın istənilən ölkəsində həmvətənlərimiz başıuca, məğrur gəzir. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, bir daha Sizi səmimi-qəlbdən təbrik edir, doğma Vətənimiz Azərbaycanın yeni zirvələr fəth etməsi uğrunda çətin, lakin şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizə yar olsun!

Hörmətlə,

Valeh Şükürov,

Azərbaycan Dövlət Aqrar Universitetinin meşəçilik kafedrasının müəllimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.