20 fevral 2024, 10:20

Gülər Abdullayevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Respublikamızın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda güc mərkəzinə çevrilməsində Sizə davamlı uğurlar arzu edirəm.

Biz super güc dövlətlərin qarşısında qəti sözünü deməkdən çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Əzəli və əbədi ana yurdumuz Qarabağımızın çiçəklənməsi, ordumuzun günü-gündən möhkəmlənməsi, bütün sahələrdə uğurlu rəhbərliyiniz bir daha Vətənimizin əmin əllərdə olduğunun sübutudur.

Möhtərəm cənab Prezident, Sizi bir daha möhtəşəm qələbəniz münasibətilə öz adımdan, ailəmiz adından və çoxsaylı mədəniyyət işçiləri adından səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, firavan həyat arzu edirəm.

Sizinlə, Mehriban xanımla Azərbaycanımız hər zaman zirvələrdə olacaq!

Hörmətlə,

Abdullayeva Gülər, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının İsmayıllı rayon Komitəsinin sədri

Azərbaycan Respublikası, İsmayıllı rayonu