20 fevral 2024, 12:17

Qəzənfər Aloyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın böyük səs çoxluğu ilə Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçməsindən fəxr hissi keçiririk.

Siz Ulu Öndər Heydər Əliyevin başlatdığı uzunmüddətli siyasəti sistemli şəkildə həyata keçirərək Azərbaycanı zirvələrə yüksəldibsiniz. Məhz Sizin Ali Baş Komandanlığınızla dövlətimizin ərazi bütövlüyü bərpa olunub. Regional sabitliyin möhkəmləndirilməsi, mütərəqqi iqtisadi və sosial inkişaf göz qabağındadır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir, ölkəmizdə iri infrastruktur layihələri həyata keçirilir. Azərbaycanın dünya miqyasında rolunun artması Sizin müdrik siyasətinizin əyani nəticəsidir. Ölkəmizin adını belə bir yüksək səviyyəyə qaldırdığınıza görə Sizə sonsuz təşəkkür edirəm. Bu gün Azərbaycandakı ictimai-siyasi sabitlik dünya dövlətləri üçün nümunədir. Ölkəmizdə hər kəs Sizə və apardığınız siyasətə inanır. Məhz buna görə də milyonlarla azərbaycanlı Sizi yenidən Azərbaycanın Prezidenti seçdi.

Müzəffər Ali Baş Komandan,

Azərbaycan xalqı ən doğru seçimini etdi. Dünya azərbaycanlıları Sizin inamlı qələbənizi təntənə ilə qeyd edir. Artıq neçə gündür ki, ölkəmizdə hamı bayram əhval-ruhiyəsindədir. Bütün bunlar Azərbaycan xalqının Prezident kimi Sizə olan yüksək etimadının təsdiqidir. İnanırıq ki, Sizin rəhbərliyinizlə tərəqqi, daxili və beynəlxalq çağırışların neytrallaşdırılması və eyni zamanda, ən son texnoloji nailiyyətlərdən istifadə Azərbaycanın gələcək inkişafında mühüm amillərə çevriləcəkdir.

Sizinlə fəxr edirik, bizim Prezidentimiz!

Sizi inamlı qələbəniz münasibətilə təbrik edir və bütün işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Qəzənfər Aloyev

Azərbycan Respublikası, Bakı şəhəri.