20 fevral 2024, 10:46

Alavərdi Culfayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu şərəfli və cox məsuliyyətli yolda Sizə böyük əzm və uğurlu fəaliyyət arzu edirəm.

Möhtərəm Prezident, bütün sahələrdə apardığınız çoxşaxəli islahatlar nəticəsində iqtisadi cəhətdən çiçəklənən Azərbaycan regionda ən güclü dövlətə çevrilmişdir. Xalqımızın xoşbəxt və firavan yaşaması naminə göstərdiyiniz fədakar əməyiniz Azərbaycan xalqı tərəfindən yüksək qimətləndirilir və Sizə olan inamı daha da artırır.

Dövlətimizin beynəlxalq arenada nüfuzunu möhkəmlənməsi Sizin dərin zəka və bacarığınızın, sistemli analiz qabiliyyətinizin, apardığınız hərtərəfli siyasətin nəticəsidir.

Cənab Ali Baş Komandan! Sizi bir daha Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni - yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Culfayev Alaverdi, Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə baş məşqçisi

Azərbaycan Respublikası, Bakı şəhəri