20 fevral 2024, 11:12

Elmar Xəlilovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində ən yüksək səslə qalib gəlməyiniz münasibətilə Sizi Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri adından səmimi-qəlbdən təbrik edir, Sizə sağlam həyat, xoş əhval-ruhiyyə, ailə səadəti, xalqımızın, dövlətimizin bu günü və sabahı naminə uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə olaraq keçirilmiş seçkinin parlaq nəticəsi məhz Azərbaycan xalqının Ali Baş Komandana – Sizə olan sonsuz etimadının təzahürüdür.

Cənab Prezident, təhsilə göstərdiyiniz diqqət və qayğı, təhsil sahəsində aparılan islahatlar ölkəmizdə bu sahənin daha da inkişafına səbəb olmuşdur. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz elmin, təhsilin, daxili və xarici siyasətin daha da inkişaf etməsinə şərait yaradacaq.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Elmar Xəlilov,

Sumqayıt Dövlət Universitetinin prorektoru, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.