20 fevral 2024, 11:25

Mirəşrəf Mirsultanovdan, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident,

Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi kəndimizin bütün sakinləri adından səmimi-qəlbdən təbrik edirəm.

Müdrik Azərbaycan xalqı yenidən ən layiqli namizəd kimi yekdilliklə öz səsini Sizə verməklə düzgün seçim etdi. Xalqımız Sizin simanızda xoşbəxt gələcəyinin etibarlı təminatçısını görür. Müdrik xalq heç vaxt öz seçimində yanılmır. Bu prezident seçkiləri bunun bariz nümunəsinə çevrildi.

Xalqımız Sizi sevir, Sizin kimi müdrik, uzaqgörən, qətiyyətli Prezidenti ilə haqlı olaraq fəxr edir. Siz həqiqətən xalqımızın dərin hörmət və etimadına layiq Lidersiniz. Uğurla başa vurduğumuz 7 fevral seçkiləri hər bir Azərbaycan vətəndaşında sonsuz ruh yüksəkliyi, sabahımıza sarsılmaz inam yaratmışdır. Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında xalqımızın 44 günlük zəfər Qələbəsi şanlı tariximizə yazılmış misilsiz Qələbədir.

Bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik, dövlət başçısı kimi gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Tanrı xalqımızın xoşbəxtliyi naminə Sizi qorusun. Amin!

Dərin hörmətlə,

Mirəşrəf Mirsultan oğlu Mirsultanov,

Kənd Ağsaqqallar Şurasının sədri, Hacı Mirsultan Ağa Ziyarətgahının varisi

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Əsgərabad kəndi.