20 fevral 2024, 11:38

Nikolay Ovsienkodan, Tula, Rusiya

Hörmətli cənab Prezident.

Sizi prezident seçkilərində inamlı qələbəniz və Azərbaycan xalqının mütləq etimadını qazanmağınız münasibətilə təbrik edirəm.

Siz beynəlxalq arenada önəmli mövqe nümayiş etdirməklə, müstəqil xarici siyasət yürütməklə, dərin mənalı çıxışlarınızla ölkənizin hüdudlarından kənarda da çoxlarının rəğbətini qazanmısınız.

Sizə cansağlığı, Azərbaycan xalqının rifahı naminə şərəfli vəzifənizdə uğur və müvəfəqiyyətlər arzulayıram.

Hörmətlə,

Ovsienko Nikolay

Rusiya Federasiyası, Tula vilayəti