20 fevral 2024, 09:50
Sander Oostromdan, Amsterdam, Niderland
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin növbəti dəfə Sizə etimad göstərərək səs verməsi gördüyünüz işlərə verilən qiymətin təzahürüdür.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, yeni prezidentlik fəaliyyətinizdə Azərbaycanın daha da inkişafı üçün qarşıya qoyduğunuz hədəflərə nail olunmasında uğurlar arzulayırıq.
Hörmətlə,
Sander Oostrom, niderlandlı keçmiş peşəkar futbolçu və
ailə üzvləri:
Səltənət Zeynalova (diaspor nümayəndəsi), Həcər Karaman.
Niderland Krallığı, Amsterdam şəhəri.