20 fevral 2024, 12:05

Xəqan Düniyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən prezident seçilməyiniz münasibətilə Sizi ailəm adından səmimi-qəlbdən təbrik edir, gələcək prezidentliyiniz dövründə yeni-yeni qalibiyyətləri xalqımıza yaşatmağınızı arzu edirəm.

Sizin səfərlərinizi, çıxışlarınızı yaxından izləyir və güclü siyasətinizi dəstəkləyirəm. Məhz Siz - Müzəffər Ali Baş Komandan ərazi bütövlüyümüzü bərpa etdiniz.

Cənab Prezident, yolunuzu öz yolumuz seçmişik. Seçkilərdə qalib gəlməyiniz xalqımız tərəfindən göstərdiyiniz misilsiz xidmətlərə verilən ən yüksək qiymətdir.

Uca TANRI Sizi qorusun!

Hörmətlə,

Xəqan Düniyev, tələbə.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Uzuntəpə kəndi.