20 fevral 2024, 10:27

Simozər Bəkirovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm. Qədirbilən xalqımız seçkilərdə yenidən Sizə səs verməklə fədakar fəaliyyətinizi yüksək qiymətləndirdi və alternativsiz Lider olduğunuzu bir daha təsdiqlədi.

Sizin rəhbərliyinizlə Vətən müharibəsində əldə edilən qələbə bizi qalib xalqa, Sizi isə qalib Liderə çevirib. Biz Sizinlə fəxr edirik. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar və yeni-yeni qələbələr arzu edirəm.

Hörmətlə,

Simozər Osman qızı Bəkirova

Azərbaycan Respublikası, Şəki rayonu, Qudula kəndi