20 fevral 2024, 12:33

Yusif Haqverdiyevdən, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. 30 illik Qarabağ həsrətinə son qoyaraq adını Azərbaycan tarixinin şanlı səhifəsinə yazdıran Liderə eşq olsun!

Sizin düşünülmüş, qətiyyətli addımlarınız, prinsipial mövqeyinizin nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ədalətin təntənəsinin memarı olan Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, dəyərli və şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və qələbələr arzulayırıq.

Hörmətlə,

Dəstəfur kənd sakinləri adından:

Yusif Haqverdiyev,

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Dəstəfur kəndi.