20 fevral 2024, 13:34

Zakir İbrahimovdan, Zəngilan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibərilə səmimi qəlbdən təbrik edirəm.

Siz gördüyünüz işlərlə Azərbaycan xalqının ürəyini fəth etmisiniz. Torpaqlarımızın işğaldan azad edilməsi naminə atdığınız qətiyyətli addımlar, müzəffər sərkərdəlik qabiliyyəti ilə qazandığınız möhtəşəm qələbə məhz Sizin bu vəzifəyə layiq olduğunuzu göstərir.

Seçkilərdə inamlı qələbə qazanmaqla Azərbaycan xalqının arzusunu həyata keçirdiniz.

Biz Sizə inanır və güvənirik! Rəhbərliyinizlə Azərbaycan xalqı zəfərlərlə dolu illər yaşayacaq.

Sizə möhkəm cansağlığı, uzun ömür və böyük uğurlar arzulayıram.

Hörmətlə,

İbrahimov Zakir

Azərbaycan Respublikası, Zəngilan rayonu