Nürəddin Sadıqovdan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Müstəqillik dövründə ilk dəfə suveren Azərbaycanın bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı bildirməkdən sonsuz məmnunluq duyuruq. Qalib xalq qalib Liderini seçdi. Sizə bu ali vəzifənizdə davamlı uğurlar arzu edirik!
Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi və beynəlxalq aləmdə ölkəmizin getdikcə artan nüfuzu bizi qürurlandırır. İnanırıq ki, Sizin liderliyinizlə ölkəmiz daha da çiçəklənəcək və inkişaf edəcəkdir.
Qazandığımız tarixi qələbə və diplomatik uğurlara görə Sizinlə fəxr edirik!
Hörmətlə,
Nürəddin Rəşid oğlu Sadıqov
Daşkəsən şəhər Kommunal Müəssisələr Kombinatının kollektivi adından
Azərbaycan Respublikası, Daşkəsən rayonu.