20 fevral 2024, 16:28

Məhərrəm Mövlamovdan, İsmayıllı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Sizin uğurlu siyasətiniz sayəsində xalqımız firavan, bir-birindən gözəl illər yaşayır. Hər bir azərbaycanlı Sizin diqqət və qayğınızı daim üzərində hiss edir.

Azərbaycanın qazandığı tarixi nailiyyətin müəllifi kimi Siz hər birimizin qüruru, sevinci və fəxrisiniz. Sizə təşəkkürümüz ümumxalq sevgisi və alqışıdır.

Sizi qalib xalqın qalib Lideri seçilməyiniz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, tükənməz güc, qüvvət arzulayıram . Məğlubedilməz Lider kimi yolunuz daim açıq olsun.

Sizə güvənən xalq Sizinlə addımlayacaq.

Hörmətlə,

Mövlamov Məhərrəm

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Mican kəndi