20 fevral 2024, 16:50

Emil Abasovdan, Bakı, Azərbaycan

Zati-aliləri!

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikasının yenidən Prezidenti seçilməyiniz münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Azərbaycanımızın ərazi bütövlüyü uğrundakı yorulmaz mübarizəniz, hər bir azərbaycanlının xoşbəxtliyi naminə əzmkar səyləriniz Sizi xalqımızın haqlı iftixar mənbəyinə çevirmişdir. Qürur hissi ilə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının üzvləri də sadiq və sıravi əsgərləriniz olaraq Sizin əmriniz və tapşırıqlarınızı yerinə yetirmək üçün hər cür fədakarlığa daim hazırdır.

Region və ölkəmizdə sülhün və təhlükəsizliyin qorunub saxlanılması, cəmiyyətdə sabitlik və həmrəyliyin bərqərar edilməsi, iqtisadi tərəqqi və xalqımızın həyat şəraitinin yaxşılaşdırılması yolunda gərgin və şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Emil Abasov,

YAP Pirallahı rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.