Zərxanım Əhmədovadan, Yevlax, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyiniz altında ölkəmiz inkişaf etmiş dövlətlər səviyyəsinə çatmışdır. Növbəti zəfərlər üçün Yevlax sakinləri fevralın 7-də Sizə – Azərbaycanımızın uğurlu gələcəyinə səs verdi. Sizi bütün yevlaxlılar adından bu qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlətimizin inkişafı yolunda əzmkar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətli Prezidentimiz, xalqımız Sizi çox sevir və Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşmişdir. Uca Allah Sizi, Sizin ən yaxın silahdaşınız olan Birinci vitse-prezidentimiz hörmətli xanım Mehriban Əliyevanı və ailə üzvlərinizi qorusun. Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Hörmətlə,
Zərxanım Yusif qızı Əhmədova
Azərbaycan Respublikası, Yevlax şəhəri.