20 fevral 2024, 17:38

İlhamə Hüseynovadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir, müstəqil Azərbaycanın böyük inkişaf yolu keçməsi, qüdrətlənməsi, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla, yorulmaz fəaliyyətinizlə, müdrik siyasətinizlə bağlıdır.

Cənab Prezident, növbədənkənar prezident seçkilərində Sizi qazandığınız qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə müstəqil dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi hifz etsin!

Hörmətlə,

İlhamə Hüseynova.

Azərbaycan Respublikası, Naftalan şəhəri.