20 fevral 2024, 11:00

Osman Alıyevdən, Kirov, Rusiya

Möhtərəm cənab Prezident!

Bu günlərdə dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri, digər yüksək vəzifəli şəxslər yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə çoxsaylı təbriklər ünvanlayırlar. Bizim də təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Siz Azərbaycan dövlətinin və xalqının dünyada yeni imicinin formalaşmasına nail olmusunuz. Xalqımız heç zaman indiki kimi qürurlu, dövlətimiz isə belə qüdrətli, bütöv olmamışdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız Sizinlə fəxr edir. Biz Rusiyanın Kirov vilayətində Sizin liderliyinizdən güc alaraq iftixarla fəaliyyət göstəririk. Sizin Münxendə dövlət və hökumət başçıları, beynəlxalq qurumların rəhbərləri ilə keçirdiyiniz görüşləri izlədikcə bir daha qürurlandıq.

Şadıq ki, Sizin sayənizdə bu gün Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İnanırıq ki, qarşıdakı illərdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha da genişlənəcəkdir.

Cənab Prezident, seçkilərdə inamlı qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Sizə möhkəm cansağlığı, xalqımıza əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

Osman Alıyev

Rusiyanın Kirov vilayətində fəaliyyət göstərən

“Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

Rusiya Federasiyası, Kirov vilayəti