20 fevral 2024, 17:52

Elman Əliyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Ölkəmizin daha da güclənməsi və xalqımızın rifahının artması naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Xalqın Sizə inamı və güvəni sonsuzdur. 7 fevral prezident seçkilərinin nəticələri bunu bir daha sübut etdi. Sizinlə qürur duyuruq, qalib xalqımızın qalib Lideri!

Allah Sizi qorusun!

Hörmətlə,

Elman Akif oğlu Əliyev

Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.