Novruz Aslanovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Ən xoş arzularla öz dərin hörmət və ehtiramımı ifadə edərək öncə Sizi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir və şərəfli işinizdə tükənməz enerji, yeni-yeni uğurlar arzulayıram.
Yüksək keyfiyyətlərə malik olan bir şəxs kimi, suveren Azərbaycan naminə yerli və beynəlxalq səviyyədə həyata keçirdiyiniz uğurlu siyasətiniz bu gün Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Biz ayparaçılar daim Sizin yanınızdayıq və humanitar siyasətin inkişafı üçün əlimizdən gələni etməyə hazırıq.
Son zamanlar dünyada müxtəlif böhranların sayının artması və kataklizmlərin baş verməsi humanitar yardımların göstərilməsinə böyük ehtiyac yaratmışdır. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni humanitar strategiyanı qəbul etməklə humanitar fəaliyyətin önəmini bir daha göstərdi. Azərbaycan dövləti fövqəladə vəziyyətlə qarşılaşan bir çox ölkələrə müvafiq humanitar yardımlar edir.
Bir daha inamlı qələbəniz münasibətilə Sizi təbrik edir, daha böyük nailiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Aslanov Novruz, Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri