20 fevral 2024, 18:20

Məryəm İsayevadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

44 günlük Vətən müharibəsi şəhidi Vüsal İsayevin həyat yoldaşı olaraq yenidən prezident seçilməyiniz münasibətilə Sizi ailəm adından təbrik edirəm. Hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərdiyiniz üçün minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər arzulayırıq. Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

Məryəm İsayeva, şəhidin həyat yoldaşı.

Azərbaycan Respublikası, Yevlax şəhəri.