20 fevral 2024, 18:50

Mayıl Alıcanovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi Şamaxı rayon ağsaqqalları adından ürəkdən təbrik edirəm. Bu qələbə dünya azərbaycanlılarının Sizə böyük etimadının, inamının, dəstəyinin təzahürüdür. Sizin siyasi iradəniz və çoxşaxəli fəaliyyətiniz sayəsində Azərbaycanın ərazi bötüvlüyü təmin edilmiş, hər bir azərbaycanlının müqəddəs arzu və istəkləri reallaşmış, Vətənimiz dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişdir.

Azərbaycan vətəndaşları xalqımızın əsl Lideri və xilaskarı, ölkənin yüksələn inkişafını təmin etməyə, onun müstəqilliyini və suverenliyini qoruyub saxlamağa, dövlətimizin mövqelərini möhkəmləndirməyə qadir olan böyük siyasi xadim kimi Sizi növbəti dəfə də dəstəklədilər.

Əminik ki, Sizin dövlət başçısı kimi məsul vəzifədə fəaliyyətiniz ölkəmizin beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin daha da güclənməsini təmin edəcəkdir.

Sizə və ailənizə möhkəm cansağlığı və səadət, şərəfli və məsuliyyətli fəaliyyətinizdə isə uğurlar arzulayırıq!

Dərin hörmətlə,

Mayıl Alıcanov

Şamaxı rayon Ağsaqqallar Şurasının sədri

Azərbaycan Rspublikası, Şamaxı şəhəri.