20 fevral 2024, 12:38

Vahid Əhmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının bütün suveren ərazisində keçirilən prezident seçkiləri bir nəfər kimi hər kəsdə fəxr, qürur hissi yaratdı. Güclənən ölkəmiz, xalqımız öz birliyini bütün dünyaya nümayiş etdirdi. Məhz Sizin müdrik siyasətiniz nəticəsində bu gün hər birimiz başıuca, alnıaçıq gəzirik.

Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırır, xalqımızın firavanlığı və inkişafı üçün yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi yolunda gördüyünüz böyük işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Vahid Qazməmməd oğlu Əhmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.