20 fevral 2024, 13:00

Qasım Qasımovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Məhz Sizin rəhbərliyinizlə qətiyyətiniz və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, suverenliyimiz tam şəkildə bərpa olunmuşdur. Ölkəmiz indi özünün ən firavan və xoş günlərini yaşayır.

Əminik ki, xalqımız bundan sonra da Sizin ətrafınızda sıx birləşərək yeni-yeni uğurlara imza atacaqdır. Biz Sizinlə fəxr edirik.

Tanrı Sizi qorusun!

Hörmət və ehtiramla,

Qasım Qasımov,

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri.

Azərbaycan Respublikası, Qobustan rayonu.