20 fevral 2024, 14:48

Sabit Əliyevdən, Moskva, Rusiya

Hörmətli cənab Prezident,

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan tarixində ilk dəfə xalqımızın və dünya azərbaycanlılarının tam milli birliyi və həmrəyliyi təmin edilib. Siz qalib ölkənin qalib Lideri olaraq müdrik siyasətinizlə Azərbaycanı daim irəli aparırsınız. Bir yazıçı olaraq Sizin ideyalarınızdan və çıxışlarınızdan yeni əsərlər yazmaq üçün ilhamlanıram. Xüsusən fevralın 14-də keçirilən andiçmə mərasimində proqram xarakterli çıxışınız mənə də yazıçı olaraq gələcək hədəflərimi, qarşımda duran vəzifələri müəyyənləşdirməkdə kömək oldu. Azərbaycan vətəndaşının Vətənə bağlılığı, dövlətinə sadiqliyi, dünya azərbaycanlılarının milli birliyi hər zaman mənim əsərlərimin əsas ideyası olub. Mən bundan sonra da öz əsərlərimlə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğini aparacağam.

Əziz Ali Baş Komandan, Siz hər zaman qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət yürüdərək güclü Azərbaycan amilini önə çəkmisiniz. Məhz buna görə də 7 fevral seçkiləri bir daha Sizin Azərbaycanın alternativsiz Prezidenti olduğunuzu göstərdi. Dünya azərbaycanlıları hər zaman Sizinlə fəxr edir.

Sizə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Sabit Əliyev

Rusiya Yazıçılar İttifaqının üzvü, “F.M.Dostoyevski” və “Sergey Yesenin”

medallarına layiq görülmüş yazıçı.

Rusiya Federasiyası, Moskva şəhəri