20 fevral 2024, 16:45

Sevda Dadaşovadan, Stokholm, İsveç

Hörmətli cənab Prezident,

Stokholm şəhərində fəaliyyət göstərən “SAF” - İsveç-Azərbaycan Birliyinin, Qarabağ həftəsonu məktəbinin və Skandinaviya Azərbaycan Koordinasiya Şurasının üzvləri adından Sizi prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə təbrik edirik. Bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, Azərbaycan xalqı Sizin siyasətinizi bəyənir, dəstəkləyir. Ötən illər ərzində Azərbaycan Sizin rəhbərliyinizlə böyük inkişaf yolu keçmişdir, ölkənin beynəlxalq aləmdə nüfuzu durmadan artmış, mövqeyi möhkəmlənmişdir.

İnanırıq ki, düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində uğurlar davamlı olacaq, Azərbaycan yeni-yeni zəfərlərə imza atacaqdır. Sizə ölkəmizin daha da inkişafı istiqamətində qarşıya qoyduğunuz hədəflərə nail olunmasında müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Sevda Dadaşova

“SAF” - İsveç-Azərbaycan Birliyinin sədri və
Qarabağ həftəsonu məktəbinin rəhbəri

İsveç Krallığı, Stokholm şəhəri