21 fevral 2024, 09:15
Nizami Cəbrayılovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Siz, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı kimi tarixi missiyanı yerinə yetirərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiniz. Bütün bunlar Sizin komandanlığınızla Müzəffər ordumuzun igid oğullarının şücaəti sayəsində mümkün oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Cənab Prezident, yeni prezidentlik dövründə Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Nizami Cəbrayılov,
Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.