21 fevral 2024, 09:17

Arzu Məmmədovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident!

Xalqın böyük səs çoxluğunu qazanaraq yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Rəhbərliyinizlə əvvəlki illərdə olduğu kimi ölkəmizin gələcək illəri də uğurlu olsun, müstəqil Azərbaycanımız daha da güclənsin, Vətənimiz daha da qüdrətlənsin!

Cənab Prezident, qalib dövlətin vətəndaşı olmağı bizə nəsib etdiyiniz üçün, Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanını yerdə qoymadığınız üçün Sizə və Ordumuza minnətdarıq. Səsimiz hər zaman Sizinlədir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Məmmədov Arzu Xanhüseyn oğlu,

şəhid atası

Azərbaycan Respublikası, Salyan rayonu, Xocalı kəndi.