Murad Rəhimzadədən, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Prezident seçkilərində parlaq qələbə qazanaraq bütöv Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Sizin müdrik və cəsarətli rəhbərliyiniz nəticəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası böyük əhəmiyyətə malik tarixi hadisədir. Fevralın 7-də xalq öz seçimini edərək qalib Liderinə səs verdi və yeni dövrün başlanğıcına imza atdı. Qürurverici hal həm də odur ki, bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə keçirildi. Bununla da Azərbaycan tarixinin çox mürəkkəb dövrünə yekun vuruldu. Məhz Sizin Ali Baş Komandan kimi qüdrətli sərkərdəlik şücaətiniz, daxili və xarici siyasətdə uzaqgörənliyiniz sayəsində qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı, onun nə qədər güclü, cəsarətli, əzmkar Lideri olduğunu bütün dünyaya nümayiş etdirdi. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan həmişə inkişaf yolu ilə irəliləyəcək və yeni-yeni zəfərlər əldə edəcəkdir.
Hörmətlə,
Murad Təbiət oğlu Rəhimzadə
Azərbaycan Respublikası, Şirvan şəhəri