21 fevral 2024, 09:16
Nişanə Namazovadan, Daşkəsən, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Siz uğurlu siyasətinizə, liderlik bacarığına, yüksək intellekt və nümunəvi rəhbər davranışlarınıza görə bütün dünyada tanınır, sevilirsiniz. Siz daxili və xarici siyasəti dünya ictimaiyyəti tərəfindən qəbul edilən, öyrənilən bənzərsiz bir Lidersiniz.
Xalqımız növbədənkənar prezident seçkilərində Sizə - qüdrətli oğluna, müzəffər Ali Baş Komandanına etimad göstərərək yenidən ölkə başçısı seçdi.
Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə təbrik edir, yeritdiyiniz uğurlu daxili və xarici siyasəti davam etditmək üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti arzulayıram.
Hörmətlə,
Namazova Nişanə
Azərbaycan Respublikası, Daşkəsən rayonu