Elçin Cavadov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin Azərbaycana rəhbərlik etdiyiniz ilk gündən ölkəmiz inkişaf etmiş, bütün sahələrdə tarixi nailiyyətlər qazanmışdır. Düşünülmüş addımlarınız və uzaqgörən siyasətiniz nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyuldu. İllər boyu həsrətində olduğumuz doğma torpaqlarımız düşmən tapdağından azad edilməklə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu, şanlı üçrəngli bayrağımız Şuşada, Xankəndidə və bütün ərazilərimizdə dalğalandı. Sizin Xankəndidə səs verməyiniz hər birimizi qürurlandırdı.
Cənab Prezident, Sizin seçkilərdə qazandığınız yüksək nəticələr Azərbaycan xalqının öz Lideri ətrafında “Dəmir yumruq” kimi birləşdiyini bir daha bütün dünyaya sübut etdi. Dünyada iqtidarla xalq arasında həmrəyliyin mövcud olduğu nadir ölkələrdənik. Azərbaycan xalqı öz Liderini dəstəkləməklə bir daha Sizə inamını, Sizə sevgisini ifadə etdi.
Yenidən Azərbaycan Respublikasının və ən əsası hər bir vətəndaşın əziz rəhbəri, müdrik Prezidenti olmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik. Sizə bu çətin yolda səbir, güc-qüvvət, müvəffəqiyyət və ən əsası möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Elçin Məhəmməd oğlu Cavadov,
Muğan Salman oğlu Quliyev,
Emin Kərim oğlu Yaqubov,
İlkin Elçin oğlu Cavadov.
Azərbaycan Respublikası, Gəncə şəhəri.