21 fevral 2024, 09:22
Mələk Gülalıyevadan, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Xalqımız Sizə yenidən etimad göstərərək işıqlı gələcəyinə səs verdi. Çünki Sizin siyasətiniz Azərbaycanın hər gün daha da inkişaf etməsinə, xalqımızın xoş güzəranına, rifahının yüksəlməsinə xidmət edir.
Sizə qəlbən inanır, taleyimizi etibar edirik. Sizə və ailənizə xoşbəxtlik, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mələk Əliağa qızı Gülalıyeva, Qəhrəman ana
Azərbaycan Respublikası, Şamaxı rayonu, Quşçu kəndi.