21 fevral 2024, 09:37

Sərxan Musayevdən, Gəncə, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Müasir Azərbaycanın suveren və bütövləşmiş ərazisində ilk dəfə təşkil olunan növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi bütün təhsil işçiləri, o cümlədən çalışdığım Tovuz Peşə Liseyinin mühəndis-pedaqoji kollektivinin adından təbrik edirəm.

Cənab Prezident, Siz Azərbaycanda və onun hüdudlarından kənarda qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibisiniz. Sizin həyat yolunuz gənclərimizin vətənpərvər böyüməsi üçün ən mükəmməl əyani vəsait vasitəsidir.

Xalqımız Sizə olan yüksək etimad və inamını bir daha bütün dünyaya bəyan etdi. Sizə yeni fəaliyyət dövrünüzdə uğurlar arzulayıram, cənab Prezident!

Hörmətlə,

Musayev Sərxan, Tovuz Peşə Liseyinin direktor müavini

Azərbaycan Respublikası, Gəncə şəhəri