21 fevral 2024, 10:33

Arifə Məmmədovadan, Mingəçevir, Azərbaycan

Əziz və hörmətli qalib Sərkərdəmiz, əvəzolunmaz Liderimiz, cənab Prezidentimiz!

Sizi yenidən Prezidentimiz seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm, Allahdan Sizə və ailənizə möhkəm can sağlığı, uzun ömür arzulayıram.

Əminik ki, həmişə olduğu kimi növbəti illərdə də qarşınızda duran vəzifələri layiqincə, daha da artıq yerinə yetirəcəksiniz. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq bizi dünyanın öndə gedən dövlətlərindən biri etmisiniz.

Sizə minnətdarıq, var olun!

Hörmətlə,

Arifə Məmmədova

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.