21 fevral 2024, 11:28
Kəmalə Hüseynovadan, Gəncə, Azərbaycan
Möhtərəm cənab İlham Əliyev, çox hörmətli cənab Prezidentimiz!
Sizi yenidən xalqımızın Prezidenti seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirik! Sizə bundan sonrakı fəaliyyətinizdə müvəffəqiyyətlər, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Sizin rəhbərliyiniz altında dövlətimiz və xalqımız böyük uğurlar əldə etməkdədir. Sözsüz ki, bu uğurların içərisində Qarabağ Zəfəri özünəməxsus yer tutur. Növbəti illərdə uğurların davamını gözləyirik.
Qalib xalqımızın qalib Lideri, Uca Allah Sizi qorusun.
Sizinlə fəxr edir, qürur duyuruq!
Sizə böyük hörmətlə,
Hüseynova Kəmalə Məmməd qızı,
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkim-terapevti
Azərbaycan Respublikası, Gəncə şəhəri.