Orxan Heydərovdan, Goranboy, Azərbaycan
Möhtərəm cənab Prezident,
Siz Azərbaycana rəhbərlik etdiyiniz 20 ildən artıq müddətdə ölkəmizi davamlı yüksəliş xəttinə çıxarmısınız. Azərbaycanı qısa zaman ərzində regionun lider dövlətinə çevirməklə onun qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmısınız. Müasir tariximizin şanlı səhifələrini yazaraq xalqımızın 30 illik həsrətinə son qoymusunuz, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmisiniz. Şanlı Zəfərin memarı olaraq öz adınızı Azərbaycanın tarixinə və qədirbilən xalqımızın yaddaşına qalib xalqın qalib Lideri olaraq əbədi yazmısınız.
Cənab Prezident, bütün bu uğurların məntiqi nəticəsi olaraq Azərbaycan xalqı fevralın 7-də keçirilmiş prezident seçkilərində yenidən Sizə yüksək etimad göstərdi. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımız hər zaman Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşəcək. Sizə cansağlığı, Vətənimizin daha parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Orxan Həsən oğlu Heydərov
Azərbaycan Respublikası, Goranboy rayonu, Dəliməmmədli şəhəri