21 fevral 2024, 14:43

Lətifə Əliyevadan, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyinizlə Azərbaycanda ötən 20 ildən artıq müddətdə bütün sahələrdə ciddi nailiyyətlər qazanılıb. Qətiyyətiniz, uzaqgörən siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində Vətən müharibəsində qazandığımız Qələbə hər kəs üçün milli iftixar mənbəyinə çevrilib.
Siz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiniz və ata vəsiyyətinizi gerçəkləşdirdiniz. Seçkilərin Qarabağ da daxil olmaqla ölkəmizin hər yerində keçirilməsi xüsusilə qürurvericidir. Bu böyük nailiyyətləri bizə Siz bəxş etmisiniz, cənab Prezident. Ona görə, qədirbilən xalqımız bu seçkilərdə də Sizə səs verdi və yenidən etimad göstərdi. Qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi təbrik edirəm. Sizə yeni prezidentlik fəaliyyətiniz dövründə Vətənimiz Azərbaycanın daha da inkişafı naminə uğurlar arzulayıram.

Allah Sizə uzun ömür, cansağlığı versin!

Hörmətlə,

Lətifə Həsən qızı Əliyeva

Azərbaycan Respublikası, Gədəbəy şəhəri