Həsən Yahyayevdən, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident!
İlk növbədə, növbədənkənar prezident seçkilərində uğur qazandığınız üçün Sizi ürəkdən təbrik edir və Sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram.
Bütün Azərbaycan xalqı bilirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad olunması, haqqın bərqərar edilməsi, məcburi köçkünlərin öz dədə- baba yurdlarına, tarixi torpaqlarımıza qaytarılmasıdır. Bu arzu Sizin Ali Baş Komandanlığınızla gerçəkləşdi. 30 ilə yaxın düşmən tapdağında əsir qalan tarixi torpaqlarımız 44 günlük müharibədə azadlığa qovuşdu və Qarabağımızın uğrunda canından, qanından keçən şəhidlərimizin ruhları dinclik tapdı.
Siz dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu sübut etdiniz və bu həm müdrik siyasətin, həm cəsarətin, həm də Sizin öz xalqınızın tarixini gözəl bilməyinizin bariz nümunəsidir.
Siz böyük Sərkərdəsiniz, layiqli Prezidentsiniz!
Bir daha Sizi ailəm və özümün adından növbədənkənar prezident seçkilərində uğur qazanmağınız münasibəti ilə təbrik edir, Sizə və doğmalarınıza uzun ömür, cansağlığı arzulayıram. Allahdan arzu edirəm ki, hər zaman Azərbaycanımızda sülh və əmin-amanlıq olsun.
Hörmətlə,
Yahyayev Həsən Cümşüd oğlu,
Ağdam rayon sakini
Azərbaycan Respublikası, Yevlax şəhəri.