Saleh Məhərrəmovdan, Oğuz, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ölkəmizdə yüksək səviyyədə keçirilən növbədənkənar prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq bütöv Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının üzvləri adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Suveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirilən prezident seçkilərinin nəticələri cəmiyyətimizin Sizə olan yüksək etimadının daha bir inamlı təstiqi, ölkəmizin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətimizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqımız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir. Heç şübhəsiz Sizin rəhbərliyiniz ilə xalqımızı qarşıdan gələn dövrlərdə daha böyük qələbələr gözləyir. İnanırıq ki, Azərbaycan mütərəqqi inkişaf yolu ilə irəliləyərək dünyadakı nüfuz və etibarını möhkəmləndirəcək, yeni-yeni tarixi zəfərlər əldə edəcək.
Bir daha Sizi şərəfli və layiqli qələbəniz münasibətilə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının üzvləri adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə parlaq qələbələr arzulayıram.
Dərin hörmət və ehtiramla,
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Oğuz şəhəri.