21 fevral 2024, 15:58
Elvin Əlizadədən, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident,
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin müvəffəqiyyətlə başa çatması və parlaq qələbə qazanmanız münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Sizin qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun şahidi olmuşuq. Ölkəmizin bu gün bütün sahələrdə mühüm uğurlara imza atması və hərtərəfli inkişaf yolu keçərək güclü və qüdrətli dövlət olması bizi sevindirir, ruhlandırır. Ali dövləti vəzifənizdə Sizə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Elvin Musaxan oğlu Əlizadə
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Günəşli kəndi.