Qəzənfər Abdullayevdən, Naxçıvan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Siz xalqımıza qalib Azərbaycan dövlətini bəxş etmisiniz. Sizin daxili və xarici siyasətiniz həmişə vətəndaşlarımızın, dövlətimizin milli mənafeyinə söykənib. Bu özünü ölkəmizin siyasi sabitliyində, iqtisadi qüdrətində, insanların sosial rifahında, eləcə də müzəffər Ordusunda öz təsdiqini tapır. Sizin apardığınız islahatlar bugünkü Azərbaycan dövlətinin müasir simasını formalaşdırıb. Sizin bu fəaliyyətiniz xalqımızda yüksək inam və etibar yaradıb.
Cənab Prezident, Sizi böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə rəhbərlik etdiyim 47 minə yaxın ittifaq üzvü adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayır, dünya dövlətləri sırasında ölkəmizin imicinin yüksəlməsində, lideri olduğunuz xalqımızın milli maraqlarının müdafiəsində üzərinizə götürdüyünüz şərəfli missiyanın həyata keçirilməsində uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Qəzənfər Abdullayev
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.